Həftə sonunu gözləyənlərə <span style="color:red;">BƏD XƏBƏR : güclü külək əsəcək
25 iyul 2014 13:06 (UTC +04:00)

Həftə sonunu gözləyənlərə BƏD XƏBƏR: güclü külək əsəcək

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti həftə sonuna olan hava proqnozunu açıqlayıb. Lent.az-ın məlumatına görə, iyulun 26-sı və 27-də havanın temperatur 3-5 dərəcə düşəcək.

 

İyulun 26-da Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 22-27, gündüz 34-37 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında sabah əsasən yağmursuz hava şəraiti gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 33-38, dağlarda gecə 12-17, gündüz 23-28 dərəcə isti olacaq. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1967

Oxşar yazılar