Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlər üçün sənəd qəbulu davam edir.
Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) Lent.az-a bildirilib ki, hazırda sənəd verənlərin sayı 1300 nəfərə yaxındır.
Qeyd olunub ki, sənəd qəbulunun başa çatmasına az vaxt qalıb: “İyun ayının sonundan etibarən vizaların verilməsinə başlanılır. Vizaların verilməsi prosesi başlayanda sənəd qəbulu başa çatacaq. Hazırda təxminən 150 nəfərlik kovota qalıb”.
Qeyd edək ki, bu il Azərbaycandan ziyarətə getmək istəyənlər üçün 1440 nəfərlik kvota müəyyənləşdirilib.
Sənədlərin qəbulu yalnız QMİ tərəfindən həyata keçirilir.
Həcc ziyarətinin qiyməti 4285 ABŞ dollardır.
Zəvvarlar ziyarətə təyyarə ilə aparılacaq.
Avqustun 2-dən 6-dək ziyarətə gediş, 21-dən 25-dək isə dönüş baş tutacaq.