Azərbaycan Respublikası Prezidentinin regionların inkişafınagöstərdiyi qayğı
24 dekabr 2013 12:35 (UTC +04:00)

Azərbaycan Respublikası Prezidentinin regionların inkişafınagöstərdiyi qayğı

Azərbaycan Respublikası XX əsrin sonlarında müstəqilliyini bərpa etdikdən sonra ölkənin ictimai-siyasi və sosial-iqtisadi həyatında köklü islahatlara imza atmış və 1993-cü ildən başlayaraq ümummilli lider Heydər Əliyevin siyasəti nəticəsində Azərbaycan Respublikası demokratik dövlət quruculuğu və bazar iqtisadiyyatı yolu ilə irəliləməyə başlamışdır. Elə bu illərdən başlayaraq, ölkənin bütün regionlarının sosial-iqtisadi inkişafına qayğı göstərilmiş, ölkəmizin neftdən asılılığına son qoymaq üçün netfdən gələn gəlirləri qeyri-neft sektoruna yönəldərək bu səhənin inkişafına mühüm diqqət yetirilmişdir. Məhz ulu öndər Heydər Əliyevin qoyduğu bu ənənəni davam etdirən Prezident İlham Əliyev də bu gün  Azərbaycan regionlarının inkişafına öz qayğısını əsirgəmir.

Belə ki, regionlarda infrastrukturu yeniləşdirmək, iqtisadiyyatın qeyri-neft sektorunun inkişafını sürətləndirmək, mövcud olan əmək ehtiyatlarından, təbii və iqtisadi potensialdan səmərəli istifadə etmək, əhalinin məşğulluğunu artırmaq, yoxsulluğun səviyyəsini azaltmaq, əlverişli investisiya şəraiti, müasir tipli müəssisələr, yeni iş yerləri yaratmaq istiqamətində sistemli tədbirlərin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 11 fevral tarixli  Fərmanı ilə “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)” icra edilmişdir. Proqram çərçivəsində bütün bu sahələrdə çox böyük nailiyyətlər əldə olunmuşdur.

Elə bu nailiyyətlərin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiq edilmişdir. Proqramın həyata keçirilməsi ilə Azərbaycanın müxtəlif bölgələrində qeyri-neft sektorunun inkişafı, infrastruktur təminatının yaxşılaşdırılması, əhalinin məşğulluq səviyyəsinin artırılması, yoxsulluğun azaldılması, regionların içməli su ilə təmininatının yaxşılaşdırılması,  kənd təsərrüfatının inkişaf etdirilməsi və bir çox sahələrdə mühüm irəliləyişlər əldə edilmişdir.  Məhz bu proqramların həyata keçirilməsi Azərbaycan regionlarının yüksək sürətlə inkişafına zəmin yaratmışdır.

 

LƏman Xəlİlova

 "Şərqi Avropada Təhsil alan Azərbaycanlı Tələbələr və Məzunlar" İctimai Birliyinin fəalı

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 876
avatar

Oxşar yazılar