Sabah Bakıda və Abşeron yarımadasında günün birinci yarısı buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, bəzi yerlərdə yağıntılı olacağı, günün ikinci yarısı dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədovanın Lent.az-a verdiyi məlumata görə, arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısı cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu isə gecə 3-5, gündüz 8-13 dərəcə isti təşkil edəcək.
Bölgələrdə də havanın yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacağı gözlənilir. Gündüz yağıntılar tədricən kəsəcək. Cənub qərb küləyi əsəcək. Axşama doğru arabir güclənəcək. Havanın temperaturu gecə 2-7, gündüz 13-18 dərəcə, dağlarda 0-5 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacaq.