Hava tutqun, dumanlı olacaq
12 oktyabr 2013 12:31 (UTC +04:00)

Hava tutqun, dumanlı olacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti oktyabrın 13-nə gözlənilən hava proqnozunu açıqlayıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş mühəndisi Elmira Həmidovanın Lent.az-a verdiyi məlumata görə, oktyabrın 13-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, axşam havanın tutqun olacağı gözlənilir.

 

Mülayim şimal-qərb küləyi  əsəcək. Havanın temperaturu gecə 13-16  dərəcə, gündüz 19-23 dərəcə isti olacaq.

 

Azərbaycanın rayonlarına gəlincə, oktyabrın 13-də hava əsasən yağmursuz olacaq. Səhər bəzi yerlərdə duman qeydə alınacaq. Lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim qərb küləyi əsəcək. Aran rayonlarında gecə 8-13 dərəcə, gündüz 20-25 dərəcə, dağlarda gecə 1-6 dərəcə isti, gündüz 13-18 dərəcə isti olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 959
avatar

Oxşar yazılar