Hadı Rəcəbli: ”Evlənənlər işlə təmin ediləcək ”
28 noyabr 2013 16:30 (UTC +04:00)

Hadı Rəcəbli: ”Evlənənlər işlə təmin ediləcək ”

Azərbaycanda ailə quran iki işsiz gəncdən biri dövlət tərəfindən icbari olaraq işlə təmin ediləcək.


 

Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli APA-ya açıqlamasında bildirib ki, bu yeni hazırlanan “Gənc ailələrin sosial müdafiəsi” haqqında qanun layihəsində əksini tapıb.

 

H. Rəcəbli qeyd edib ki, layihədə qanunda nikaha girən işsiz cütlükdən birinin dövlət tərəfindən işlər təmin olunması ilə bağlı xüsusi müddəalar var: “Bunun üçün xüsusi kvotalar da müəyyənləşdiriləcək. Məqsəd sosial durumu ağır olan ailələrin bu vəziyyətdən birdəfəlik çıxarmaqdır”.

 

Qanun layihəsinin tezliklə müzakirəyə çıxarılması gözlənilir.

 

# 1932
avatar

Oxşar yazılar