"Sənədləri saxta olan tələbələr var" - <span style="color:red;">Nazirlik
30 may 2019 13:04 (UTC +04:00)

"Sənədləri saxta olan tələbələr var" - Nazirlik

0
"Son illərdə xarici aparıcı ali təhsil müəssisələrində təhsil alan gənclərin sayı artmaqdadır".
 
ONA-nın xəbərinə görə, bunu təhsil nazirinin müşaviri, Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin rəisi vəzifəsini icra edən Həsən Həsənli deyib.
 
O bildirib ki, xaricdə təhsil sahəsində sui-istifadə halları mövcuddur: "Biz bu sahədə bərabərliyi və ədalətli rəqabəti dəstəkləməliyik. Ölkədən çıxmadan həkimlik dərəcəsi almaq istəyənlər, 4 il təhsil aldığı ölkənin dilini bilməyənlər, sənədləri saxta olan tələbələr var".
 
H.Həsənli bu məsələdə valideynləri və tələbələri diqqətli olmağa çağırıb: "Tələbələr xaricdə təhsil aldıqları ali məktəblərin diplomlarının həmin ölkədə tanınıb-tanınmamasına diqqət yetirməlidirlər".
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 551

Oxşar yazılar