Giləzidə bütün evlər söküləcək - <span style="color:red;">YENİLƏNİB
19 aprel 2014 16:10 (UTC +04:00)

Giləzidə bütün evlər söküləcək - YENİLƏNİB

Dörd il əvvəl torpaq sürüşməsi nəticəsində Quba rayonunun Güləzi kəndində qəzalı vəziyyətə düşən bütün yaşayış evləri söküləcək.


 

Bu barədə APA-ya Quba rayon Fövqəladə Hallar Komissiyasının sədri Yusif Abidov bildirib.

 

Onun sözlərinə görə, bununla bağlı Fövqəladə Hallar Nazirliyi ilə birlikdə xüsusi proqram hazırlanır. Həmin kənddə olan 185 ailənin hamısı üçün Aşağı Atuc kəndində evlər tikilib və hər cür şərait yaradılıb.

 

Qeyd edək ki, 25 ailədən bir neçə nəfər hələ də kənddə yaşayır. Əsasən yaşlılar olan  bu sakinlər əkin-biçin işləri və maldarlıqla məşğul olurlar. Onlar bildiriblər ki, rayonun Aşağı Atuc kəndində inşa olunan yeni qəsəbədə hər cür şərait yaradılıb, infrastruktur qurulub. Lakin həmin qəsəbədə təsərrüfat işləri görmək üçün torpaq sahəsi kifayət qədər deyil.

 

Quba rayon Fövqəladə Hallar Komissiyasının sədri Yusif Abidov isə APA-ya bildirib ki, Güləzi kəndində qəzalı vəziyyətdə olan evlərdə yaşamaq təhlükəlidir.

 

Qeyd edək ki, Qubadan 45 km uzaqlıqda yerləşən Güləzi kəndində torpaq sürüşməsi 125 hektar ərazini əhatə edib. Nəticədə 40-dan çox ev dağılıb, kənddəki bütün yaşayış məntəqələrinə ziyan dəyib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2386

Oxşar yazılar

Sabah  çimərliklərdə hava   necə olacaq? - PROQNOZ

Sabah çimərliklərdə hava necə olacaq? - PROQNOZ

7 iyul 2025 , 15:54
Bakıda kuryerlər "Wolt"u boykot edir

Bakıda kuryerlər "Wolt"u boykot edir

7 iyul 2025 , 15:13
Bunlara diqqət etməyənlərin diplomu tanınmayacaq - EKSPERTDƏN AÇIQLAMA

Bunlara diqqət etməyənlərin diplomu tanınmayacaq - EKSPERTDƏN AÇIQLAMA

7 iyul 2025 , 15:10
Bakıya  yağış,   rayonlara  leysan yağacaq  - Sabahın havası

Bakıya yağış, rayonlara leysan yağacaq - Sabahın havası

7 iyul 2025 , 12:55
Bu həftə gözlənilən maqnit qasırğalarının  PROQNOZU

Bu həftə gözlənilən maqnit qasırğalarının PROQNOZU

7 iyul 2025 , 12:26
Magistraturaya ixtisas seçimi başladı

Magistraturaya ixtisas seçimi başladı

7 iyul 2025 , 11:38
İyul ayında hər şeydə şanslı olacaq  BÜRC

İyul ayında hər şeydə şanslı olacaq BÜRC

7 iyul 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

7 iyul 2025 , 08:29