Geologiya İnstitutu Elmi Şurasının növbəti iclası olub
25 aprel 2014 22:25 (UTC +04:00)

Geologiya İnstitutu Elmi Şurasının növbəti iclası olub

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib. AMEA-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, iclasda geologiya-mineralogiya elmləri doktoru Muxtar Rüstəmov “Aralıq dənizi qurşağının Fars-Qafqaz seqmentinin kollizion şəraitinin indikatorları” mövzusunda məruzə ilə çıxış edib. Mühazirə ətrafında geniş fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

 

Sonra “Qazkondensat yataqlarının işlənilmə göstəricilərinə məsaməli mühitin təsirinin eksperimental öyrənilməsi”, “Yer qabığı zəlzələlərinin və böyük dərinliklərin karbohidrogen potensialının tədqiqatlarında geodinamik anomaliyaların modelləşdirilməsi”, “GİS texnologiyalarının tətbiqi ilə Azərbaycan ərazisi yer qabığının müasir tektonik və geodinamik modellərinin işlənilib hazırlanması”, “Termal suların miqrasiya yollarının və formalaşdığı mənbələrin dərinlik quruluşunun tədqiqi” mövzularında elmi-tədqiqat işlərinin icra vəziyyəti müzakirə olunub. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 813
avatar

Oxşar yazılar