Gəncədə Cavad xan anılıb
04 yanvar 2014 20:04 (UTC +04:00)

Gəncədə Cavad xan anılıb

Bu gün, yanvarın 4-də Gəncənin sonuncu hakimi, Ziyadoğlular nəslinin nümayəndəsi Cavad xanın rus qoşunlarına qarşı qeyri-bərabər döyüşdə həlak olmasından 210 il ötür. APA-nın qərb bürosunun verdiyi məlumata görə, bu münasibətlə Gəncədə ənənəvi anım mərasimi keçirilib. Cavad xanın məqbərəsi önünə toplaşan şəhər sakinləri məzarına çiçəklər qoyaraq ona ehtiramlarını bildiriblər.

 

Cavad xanın məqbərəsi 2004-cü ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunub.

 

Qeyd edək ki, 1786-cı ildən 1804-cü ilə qədər Gəncəni idarə edən Cavad xan rus imperiyasının generalı Pavel Sisianovun ordusunun mühasirəsində bir aydan artıq qalaraq Gəncəni işğalçılara təslim etməmək üçün qeyri-bərabər döyüşdə oğulları Uğurlu və Hüseynqulu ilə birlikdə qəhrəmancasına şəhid olub. Gəncə işğal olunduqdan sonra şəhərin adı dəyişdirilərək rus çariçası Yelizavetanın şərəfinə Yelizavetpol adlandırılıb

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 861
avatar

Oxşar yazılar