Gəncə stansiyasının binası əsaslı təmirdən sonra istifadəyə verilib - FOTO
29 dekabr 2013 13:25 (UTC +04:00)

Gəncə stansiyasının binası əsaslı təmirdən sonra istifadəyə verilib - FOTO

Bu gün Gəncə stansiyasının inzibati binası əsaslı təmirdən sonra istifadəyə verilib.

 

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədovun Lent.az-a verdiyi məlumata görə, açılışda nəqliyyat naziri Ziya Məmmədov və “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Arif Əsgərov  iştirak edib, inzibati binada işçilər üçün yaradılan şəraitlə tanış olublar.

 

Qeyd edək ki, Gəncə stansiyasının inzibati binasının əsaslı təmirini “Azərbaycan Dəmir Yolları” QSC-nin Dəmir yollarının və texniki qurğularının təmir-tikinti departamenti həyata keçirib. 2013-cü ilin yanvar ayında start verilmiş əsaslı təmir prosesində stansiyanın inzibati binasının 2300 kv.m dam örtüyü  müasir tələblərə uyğun yenidən qurulub, 2600 kv.m fasadı üzlük aqlay daşı ilə üzlənib. Bundan başqa, qapı və pəncərələri dəyişdirilib, döşəmənin 1500 kv.m həcminə qranit daşla üzlənib. Təmir işləri çərçivəsində burada qazanxana inşa edilib, həmçinin bina mərkəzləşdirilmiş kondisioner və istilik sistemləri ilə təchiz olunub. Sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə stansiyada VİP zalı, ana və uşaq otağı da yaradılıb. Eyni zamanda Yük daşımaları Departamentinin Qərb sahəsi üzrə bölməsinin inzibati binasının fasadı və dam örtüyü, Gəncə lokomotiv deposunun fasadı təmir olunub, piyada keçid körpüsü  sağlamlaşdırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1108
avatar

Oxşar yazılar