Uşaqların icbari dispanserizasiyasına 5 milyon manat
07 oktyabr 2013 18:03 (UTC +04:00)

Uşaqların icbari dispanserizasiyasına 5 milyon manat

Gələn ilin dövlət büdcəsinin xərclərinin tərkibində səhiyyənin maliyyələşməsi üçün nəzərdə tutulan xərclərin xüsusi çəkisi 2013-cü illə müqayisədə 0,2 faiz-bənd artaraq 3,6 faiz olacaq.

 

Lent.az-ın verdiyi məlumata görə, 2014-cü ilin dövlət büdcəsinin layihəsinə əsasən, gələn il səhiyyə xərclərinə 725,6 milyon manat, 2013-cü illə müqayisədə 56,3 milyon manat və yaxud 8,4 faiz çox vəsait ayrılıb.

 

Ayrılan vəsaitin 50,6 faizi xəstəxanaların, 106,1 milyon manatı poliklinikaların və ambulatoriyaların saxlanılması, 240,6 milyon manatı  səhiyyə sahəsində digər xidmətlərə, 11,7 milyon manatı səhiyyə sahəsində tədqiqatlara yönəldiləcək.

 

Əməkhaqqı sisteminin təkmilləşdirilməsi, pensiya təminatının yaxşılaşdırılması və digər tədbirlərin maliyyələşməsinə 11,9 milyon manat, xroniki böyrək çatışmazlığı üzrə tədbirlərə 27,8 milyon manat, hemofiliya və talassemiya irsi qan xəstəlikləri üzrə tədbirlərə 21,2 milyon manat, xərçəng xəstəliyi ilə milli mübarizə Dövlət Proqramının maliyyə təminatına 38,9 milyon manat, şəkərli diabet üzrə Dvlət Proqramının maliyyə təminatına 33,7 milyon manat, yoluxucu xəstəliklərin imminoprofilaktikasına dair tədbirlərə 4,5 milyon manat, vərəmlə mübarizə üzrə tədbirlər proqramının maliyyələşdirilməsinə 3 milyon manat, HİV/AİDS-in qarşısının alınması və onunla mübarizəyə 3 milyon manat, səhiyyə müəssisələrinin yenidən qurulması və əsaslı təmirinə 5,8 milyon manat, ana və uşaqların sağlamlığının qorunması ilə bağlı tədbirlərə 2 milyon manat ayrılacaq. Eyni zamanda qan komponentlərinin donorluğu və qan xidmətlərinin inkişafına dair tədbirlərə 1,6 milyon manat, dağınıq skleroz xəstəliyinə tutulmuş insanların müalicə tədbirləri üçün 5 milyon manat, səhiyyə müəssisələrinin maddi-texniki təminatının möhkəmləndirilməsi üçün 6,5 milyon manat ayrılacaq.

 

İlk dəfə olaraq 2014-cü ilin dövlət büdcəsinin  səhiyyə xərcləri bölməsində uşaqların icbari dispanserizasiyası tədbirləri üçün 5 milyon manat vəsait ayrılması nəzərdə tutulub.      

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 817
avatar

Oxşar yazılar