Dövlət Sosial Müdafiə Fondunun orqanlarında çalışan dövlət qulluqçularının etik davranışları barədə edilən vətəndaş müraciətlərinə baxılır, qanunvericiliyə uyğun tədbirlər görülür. Lent.az-ın məlumatına görə, bu il ərzində əmək funksiyalarının icrasında nöqsanlara yol vermiş 22 nəfər işçi barədə intizam tədbirləri görülüb.
Bununla yanaşı, Fondun sədrinin, sədr müavinlərinin, aparat rəhbərinin, şöbə müdirlərinin qəbul günləri müəyyənləşdirilib və bu barədə xüsusi məlumatlandırma lövhəsi qurulub. Vətəndaşları maraqlandıran müxtəlif sualların operativ şəkildə cavablandırılması üçün Fondun internet səhifəsində "sual-cavab" bölməsi və Fondun Aparatında "Mərkəzləşdirilmiş Çağrı Sistemi" fəaliyyətini davam etdirir. Eyni zamanda elektron poçt vasitəsi ilə daxil olan ərizə və şikayətlər kargüzarlıq qaydalarına uyğun olaraq qeydiyyata alınır və icrası nəzarətə götürülərək müvafiq tədbirlər görülür.