Fikrət Məmmədov Bərdədə vətəndaşları qəbul edəcək
20 may 2014 16:34 (UTC +04:00)

Fikrət Məmmədov Bərdədə vətəndaşları qəbul edəcək

 

 

Ədliyyə naziri Fikrət Məmmədov mayın 23-də Bərdə rayonunda vətəndaşları qəbul edəcək. Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, Bərdə, Ağdam və Ağcabədi rayonlarında yaşayan vətəndaşların, Xankəndi və Laçından olan məcburi köçkünlərin ədliyyə və məhkəmə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaq.
 

Vətəndaşlar Bərdə regional ədliyyə şöbəsi (ünvan: Bərdə şəhəri, Heydər Əliyev prospekti, bina 77; (02020) 5-16-53; (02020) 5-43-07), Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları və [email protected] elektron poçt ünvanı vasitəsilə qəbula yazıla bilər.
 

Vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin həmin gün keçiriləcək qəbuluna elektron qaydada birbaşa yazılmaq (www.exidmet.justice.gov.az) imkanı da yaradılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 648
avatar

Oxşar yazılar