FHN Lənkəranda kompleks mülki müdafiə təlimi keçirdi - FOTO
21 iyun 2019 13:58 (UTC +04:00)

FHN Lənkəranda kompleks mülki müdafiə təlimi keçirdi - FOTO

Fövqəladə Hallar Nazirliyi Lənkəranda kompleks mülki müdafiə təlimi keçirib.
 
APA-nın cənub bürosunun verdiyi məlumata görə, təlim 2019-cu il üçün Mülki Müdafiə Tədbirləri Planına müvafiq olaraq, Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə işinin təşkili Baş idarəsinin təşkilatçılığı ilə 19-21 iyun 2019-cu il tarixlərində Lənkəran şəhərində "İrimiqyaslı fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili" mövzusunda olub.
 
Təlimə Lənkəran Şəhər İcra Hakimiyyətinin Mərkəzi Aparatı, fövqəladə hallar komissiyası, mülki müdafiə xidmətləri, ərazi və obyekt mülki müdafiə qüvvə və vasitələri, təsərrüfat obyektləri, eləcə də Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunlarının, Xüsusi Riskli Xilasetmə Xidmətinin, Dövlət Yanğından Mühafizə Xidmətinin və Cənub Regional Mərkəzinin şəxsi heyəti və texnikası cəlb edilib.
 
Kompleks təlimin keçirilməsində məqsəd mülki müdafiə idarəetmə orqanlarının, fövqəladə hallar komissiyalarının fövqəladə hallar zamanı əhalinin və ərazilərin mühafizəsinin təşkili ilə bağlı mülki müdafiə tədbirlərinin yerinə yetirilməsindən, mülki müdafiə idarəetmə orqanlarının və rəhbər heyətin mülki müdafiə qüvvələrinin idarə olunması zamanı vaxtında və düzgün qərarların qəbul olunması, həmçinin xilasetmə işlərinin təşkili və aparılması üzrə əməli vərdişlərinin aşılanmasından ibarətdir. 
 
Təlim zamanı rayonun mülki müdafiə qüvvələri şərti olaraq fövqəladə hal baş vermiş ərazidə ümumi və xüsusi kəşfiyyatın aparılması, ərazinin mühafizəsi, əraziyə giriş-çıxışın məhdudlaşdırılması, yanğınların söndürülməsi, radioaktiv mənbənin axtarışı, partlayış baş vermiş obyektdə axtarış-xilasetmə işlərinin həyata keçirilməsi, zərərçəkmişlərə tibbi yardımın göstərilməsi, kommunal-enerji sistemlərində qəzaların nəticələrinin aradan qaldırılması, epidemiya və epizootiyaya qarşı mühafizə işlərinin həyata keçirilməsi, insanların təhlükəsiz ərazilərə köçürülməsi və onların həyat təminatının bərpası məqsədilə çadır şəhərciyində yerləşdirilməsi tədbirlərini yerinə yetirib.
 
Təlimin keçirilməsində əsas diqqət komandir-rəis heyətinin idarəetmə bacarıqlarının və mülki müdafiə dəstələrinin şəxsi heyətinin peşəkarlıq səviyyəsinin artırılmasına, Fövqəladə Hallar Nazirliyinin qüvvələri ilə hərbiləşdirilməmiş mülki müdafiə dəstələri arasında qarşılıqlı fəaliyyətin əlaqələndirilməsi, əməliyyat qərargahının işinin təşkili, xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması zamanı təhlükəsizlik qaydalarına ciddi riayət olunmasına yönəldilib.
 
Kompleks təlimə Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin, Mülki müdafiə qoşunlarının hərbi hissələrinin, rayonun hərbiləşdirilməmiş mülki müdafiə dəstələrinin, ümumilikdə 295 nəfər şəxsi heyəti və 63 ədəd texnikası cəlb edilib. Təlimin gedişində rayonun mülki müdafiə dəstələri  xidmətlərinin qarşılıqlı fəaliyyəti təşkil edilib və qarşıya qoyulan məqsədə nail olunub.
 
 
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1071
avatar

Oxşar yazılar