Sabah BMT-nin Azərbaycandakı Nümayəndəliyinin binasında Fövqəladə Hallar Nazirliyinin qurumlarının iştirakı ilə taktiki - xüsusi təlim keçiriləcək. Lent.az-ın nazirliyin rəsmi saytına istinadən verdiyi məlumata görə, təlimin məqsədi nümayəndəliyin yanğın zamanı fəaliyyət planının reallığının yoxlanılması, nümayəndəliyin əməkdaşlarına yanğın hadisəsi zamanı fəaliyyət üzrə əməli vərdişlərin aşılanması, Fövqəladə Hallar Nazirliyinin xilasetmə və yanğınsöndürmə bölmələrinin şəxsi heyətinin nümayəndəliyin ərazisində baş verə biləcək fövqəladə hadisələrə çevik reaksiya verilməsi sahəsində təcrübələrinin artırılması, nazirliyin xilasetmə bölmələri və nümayəndəliyin əməkdaşlarının xilasetmə və digər təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi sahəsində birgə fəaliyyət imkanlarının qiymətləndirilməsindən ibarətdir.