
Elektrik enerjisi təchizatında fasilə olmayacaq
Aprelin 26-28-də Bakı şəhərində keçiriləcək növbəti Formula 1 yarışlarının keçirildiyi yerlərin fasiləsiz elektrik enerjisi ilə təchiz olunması məqsədilə təşkilatı və texniki tədbirlər görülərək hər iki ASC-nin Mərkəzi Aparatı və RETSİ-lər üzrə məsul vəzifəli şəxslərdən ibarət növbətçilik təşkil edilib,yarana biləcək qəza hallarının operativ aradan qaldırılması məqsədi ilə xüsusi briqadalar yaradılıb.
ASC-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, yarışların keçiriləcəyi yerlərin fasiləsiz elektrik enerjisi ilə təchiz olunmasını, habelə baş verə biləcək hər hansı qəza hadisəsinin qarşısının alınması üçün zəruri tədbirlər görülüb.
Texniki direktorluqlara tabe olan xidmət sahələrində və avtonəqliyyat idarələrində növbətçilik təşkil edilərək, zəruri olan mal-materialların ehtiyatı yaradılıb. Baş vermiş qəzaların nəticələrinin aradan qaldırılması halları istisna olmaqla, yarışların keçirildiyi yerlərdə aparılması planlaşdırılan yenidənqurma və əsaslı təmir-tikinti işləri müvəqqəti olaraq dayandırılıb, elektrik şəbəkələrinin normal rejiminin təmin olunması məqsədilə RETSİ-lər üzrə təşkil edilmiş növbətçilik üzərində nəzarət gücləndirilib.
Oxşar yazılar

Tezliklə varlanacaq BÜRCLƏR: Onlara böyük pul gələcək
27 avqust 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
27 avqust 2025 , 08:18
DİQQƏT: Bu ərazilərdə qaz olmayacaq
27 avqust 2025 , 08:12
Tanınmış jurnalist Rüstəm Qaraxanlı vəfat etdi
27 avqust 2025 , 05:50
Göz yaşlarını niyə saxlaya bilmirik? - Alimlər izah etdi
26 avqust 2025 , 18:47
Yalnız bir BÜRC tezliklə həyata yenidən başlamaq üçün nadir şans əldə edəcək
26 avqust 2025 , 18:33
Bu il universitetə qəbul olanların sayı AÇIQLANDI
26 avqust 2025 , 18:28