Ekologiya və Təbii Sərvətlər Nazirliyi dekabrın 12-si gün ərzində, 13-ü səhərədək ölkə ərazisində müşahidə olunmuş hava haqqında məlumat yayıb. ETSN-nın mətbuat xidmətindən lent.az-a verilən məlumata görə, əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində dekabrın 12-si gün ərzində, 13-ü səhərədək güclü şimal-qərb küləyi əsib, qar yağıb, bəzi yerlərdə intensiv olub.
Yağıntılar Biləsuvarda 27 mm, Göytəpədə 26 mm, Lənkəranda 25 mm, Neftçalada 24 mm, Kürdəmirdə 21 mm, Rvarudda (Lerik) 20 mm, İsmayıllıda 19 mm, Lerikdə 18 mm, Sabirabadda 17 mm, Beyləqanda 16 mm, Bakıda 17 mm, Qaradağda 8 mm, Maştağa, Binədə 5 mm təşkil edib.
Qar örtüyünün hündürlüyü Bakıda 4 sm, Qonaqkənd və Xaltanda (Quba) 65-75 sm, Xınalıqda 58 sm, Rvarudda 54 sm, Altıağacda 45 sm, Lerikdə 41 sm, Kəlvəzdə 36 sm, İsmayıllıda 31 sm, Yardımlıda 30 sm, Gədəbəydə 27 sm, Ağdərədə 26 sm, Qəbələdə 22 sm, Sarıbaş, Daşkəsəndə 20 sm, Göygöl, Qubada 14 sm, Oğuzda 13 sm, Zərdab, Naxçıvanda 11 sm, Şərur, Şahbuz, İmişli, Salyan, Göytəpə, Şəkidə 10 sm, Biləsuvarda 9 sm, Göyçayda 8 sm, Sabirabad, Zaqatala, Ağsu, Şamaxıda 6 sm, Naftalan, Lənkəranda 5 sm, Bərdə, Tərtərdə 3 sm, Mingəçevir, Kürdəmir, Cəfərxan, Xaçmaz, Neftçalada 2 sm, Gəncə, Tovuzda 1 sm təşkil edib.
Dekabrın 12-si gün ərzində şimal-qərb küləyi Şamaxıda 30 m/s, Neftçalada 26 m/s, Ağdərədə 20 m/s, Altıağac, Lənkəranda 17 m/s, Abşeron yarımadasında və Abşeron dəniz rayonunda 25-27 m/s, bəzi yerlərdə 30 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4 metrə çatıb.