ETSN hazırda mövcud olan hava haqqında məlumat açıqlayıb
03 iyul 2013 14:15 (UTC +04:00)

ETSN hazırda mövcud olan hava haqqında məlumat açıqlayıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) ölkədə hazırda mövcud olan hava şəraiti haqqında operativ məlumat açıqlayıb. Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata əsasən, iyulun 2-si axşamdan 3-ü səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit olub, şimşək çaxıb, yağış yağıb, bəzi yerlərdə leysan xarakterli (Oğuzda güclü) olub, bəzi dağlıq rayonlarda dolu düşüb.
 

Düşən yağıntının miqdarı Oğuzda 75.0 mm (aylıq normanın 110 faizi), Gədəbəydə 22.0 mm, Şəkidə 14.0 mm, Daşkəsəndə 11.0 mm, Qəbələdə 10.0 mm təşkil edib, digər rayonlarda isə 0.4-8.0 mm olub.


Şimal-qərb küləynin sürəti Naftalan, Neftçala, Tovuz, Ağstafa, Biləsuvar, Ceyrançöl, Şəmkir, Abşeron yarımadasında və Abşeron dəniz rayonunda 15-20 m/s təşkil edib,  arabir 25 m/s-dək güclənib. Neft DaşLarı Stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 3.0 metrə çatıb. Ğ


Respublikanın rayonlarında qeyri-sabit hava şəraiti iyulun 5-i gündüzədək davam edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1365
avatar

Oxşar yazılar