Elsevər Ağayev xaricdən gələn həkimləri tənqid etdi
30 yanvar 2015 12:07 (UTC +04:00)

Elsevər Ağayev xaricdən gələn həkimləri tənqid etdi

 

 

“Xaricdən gələn bəzi həkimlərin öz profillərinə uyğun fəaliyyət göstərməsi və onların göstərdikləri tibbi xidmətlərin keyfiyyəti ilə bağlı də müəyyən boşluqlar var”. Lent.az-ın məlumatına görə, bunu səhiyyə nazirinin müavini Elsevər Ağayev bildirib. Onun sözlərinə görə, bu məsələ Səhiyyə Nazirliyinin diqqətindədir: “Azərbaycana gələn mütəxəssislər ölkədə tibbi fəaliyyət göstərmək üçün birinci növbədə Səhiyyə Nazirliyindən şəhadətnamə, bundan sonra isə Dövlət Miqrasiya Xidmətindən əmək miqrasiyası sənədi almalıdırlar. Sözsüz ki, qanunları pozan adamlar da olur və onlar nizam-intizama cəlb olunurlar”.

 

E. Ağayev bildirib ki, ölkəyə gələn miqrant həkimlərə müəyyən limitlər var və bunlar da Səhiyyə Nazirliyi ilə razılaşdırılıb: “Dövlət Miqrasiya Xidməti ilə aparılan danışıqlara əsasən və Səhiyyə Nazirliyinin təklifi ilə o limitlərdən də kənar mütəxəssislərin gəlməsi üçün şərait yaradılır”.


 

Nazir müavini vurğulayıb ki, Azərbaycanda bu gün həyata keçirilə bilməyən əməliyyat yoxdur: “Ölkəmizdə sümük iliyinin transplantasiyasının, orqan nəqli, böyrək, qaraciyər köçürülməsinin həyata keçirilir. Azərbaycan prezidentinin tapşırığı ilə Elmi Cərrahiyyə Mərkəzinin nəzdində Uşaq Kardiocərrahiyyə Mərkəzində ötən il ərzində 264 uşaqda ürək əməliyyatı həyata keçirilib”.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 271

Oxşar yazılar