Milli Elmlər Akademiyası Geologiya İnstitutunun geoloji-geofiziki elmlərin tarixi şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru, professor Hikmət Mahmudov “Avropa Nəşr Mətbu Evi” tərəfindən qızıl medala layiq görülüb. AMEA-dan Lent. az-a verilən məlumata görə, Bu mükafat ona istedadlı gənc alimlərin hazırlanmasında səmərəli fəaliyyəti və bir çox elmi nailiyyətlərinə görə təqdim olunub.
İlk dəfə perlitlərin geokimyasını öyrənən H. Mahmudov həm də dünya elmi tarixində ilk olaraq vulkanik şüşələrdən suları və qazları alaraq riolit maqmasının fiziki-kimyəvi xüsusiyyətlərini müəyyənləşdirib.