Elmin İnkişafı Fondu Facebookda sualları onlayn cavablandıracaq
06 iyun 2014 11:47 (UTC +04:00)

Elmin İnkişafı Fondu Facebookda sualları onlayn cavablandıracaq

0

 

 

 

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu özünün facebook səhifəsində (https://www.facebook.com/Elmfondu) sualları cavablandıracaqdır. Fondun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, iyunun 9-da vətəndaşlar Fondun fəaliyyət istiqamətləri, fundamental tədqiqat işlərinin maliyyələşdirilməsi məqsədilə həyata keçirilən qrant müsabiqələri, gənc alimlərə dəstək, xaricdə elmi təcrübə keçmələrin maliyyələşdirilməsi, Fondun gələcək planları və s. bağlı suallarını ünvanlaya bilərlər. Suallar operativ şəkildə, qısa və dolğun şərhlər vasitəsilə cavablandırılacaq.

 

 

Fond bu layihəni müntəzəm olaraq həyata keçirəcək və vaxtaşırı onlayn şəkildə vətəndaşların suallarını cavablandıracaq.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 505

Oxşar yazılar