Əlillərin pensiyalarının vaxtında ödənilməsi təmin olunub
03 dekabr 2014 12:55 (UTC +04:00)

Əlillərin pensiyalarının vaxtında ödənilməsi təmin olunub

0

Ölkə üzrə əlilliyə görə əmək pensiyası alanların pensiyalarının orta aylıq məbləği hazırda 149,2 manatdır. Dövlət Sosial Müdafiə Fondundan Lent.az-a verilən məlumata görə, hazırda I qrup gözdən əlillərin pensiyalarının orta aylıq məbləği 251,4 manat təşkil edir.
2006-cı ilin 1 yanvarından qüvvədə olan “Əmək pensiyaları haqqında” qanunda əlillərin sosial müdafiəsi ilə bağlı mühüm müddəalar yer alıb. Qanunda əlilliyə görə əmək pensiyası növü xüsusilə fərqləndirilərək, bu kateqoriyadan olan vətəndaşlara xüsusi güzəştlər tətbiq edilib. Əlillərin ailə başçısını itirməyə görə əmək pensiyası hüquqlarının müəyyən edilməsində də bir sıra güzəştlər nəzərdə tutulub.
Əlilliyə görə əmək pensiyasının baza hissəsinin məbləği yaşa görə əmək pensiyasının baza hissəsinin məbləğinin I qrup əlillərə 120 faizi (I qrup gözdən əlillərə 200 faizi) həcmində müəyyənləşdirilib.

Digər mühüm bir məqam əmək pensiyasının baza hissəsinə əlavələrlə bağlıdır. Qanunun 19-cu maddəsinə əsasən, öhdəsində əmək qabiliyyəti olmayan ailə üzvləri olan işləməyən I və II qrup əlillərə ailənin əmək qabiliyyəti olmayan hər üzvü üçün yaşa görə əmək pensiyasının baza hissəsinə əlavələr hesablanır. Bu əlavələr 01 yanvar 2006-cı ilədək mövcud olmuş əvvəlki pensiya sistemi ilə təyin olunmuş əmək pensiyalarının da üzərinə yenidən hesablanıb.


Ötən dövr ərzində Dövlət Sosial Müdafiə Fondu tərəfindən əlillərin pensiyalarının vaxtında ödənilməsi təmin olunub.
01 oktyabr 2014- cü il tarixə olan statistikaya əsasən, Azərbaycanda əmək pensiyası alan 1288680 nəfərin 28,2 faizi (363,6 min nəfəri) əlilliyə görə əmək pensiyası alanlardır. Onlardan 6,8 faizi (24,9 min nəfəri) I qrup, 85,7 faizi (311,4 min nəfəri) II qrup, 7,5 faizi (27,3 min nəfəri) III qrup əlillərdir. I qrup gözdən əlillərin sayı isə 7880 nəfər təşkil edir. Əlilliyə görə əmək pensiyası alan vətəndaşların 3,5 faizi müharibə əlilləri, 95,5 faizi ümumi səbəbdən əlillər, 1,0 faizi isə dövlət qulluqçularıdır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 465

Oxşar yazılar