Əlillərə tibbi arayış yeni formada veriləcək
25 aprel 2014 15:46 (UTC +04:00)

Əlillərə tibbi arayış yeni formada veriləcək

 

 

Azərbaycanda əlillərə tibbi arayışların verilməsi forması dəyişdiriləcək.


 

Səhiyyə Nazirliyinin Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi direktoru Cəbrayıl Əsədzadə APA-ya açıqlamasında deyib ki, bu vaxta kimi əlillərə tibbi arayış verilirdi və o, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə kağız formasında təqdim edilirdi. Mərkəz direktoru vurğulayıb ki, yeni sistem yaranandan sonra bu iş elektron formada həyata keçiriləcək və əlillərin tibbi arayışı birbaşa nazirliyə göndəriləcək. Onun sözlərinə görə, bu istiqamətdə hazırda işlər bitir və əlillərə tibbi arayışın verilməsi üçün informasiya sistemi, proqram təminatı bazası bitmək üzrədir: “Artıq yeni sistemin testləri aparılır. Yaxın vaxtlarda onun tətbiqinə başlanacaq və tibbi arayışlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə elektron formada göndəriləcək. Bir çox məsələlərin həlli üçün elektron arayışların verilməsi daha məqsədəuyğundur. Məlumatlar elektron bazada toplandığı halda onun şəffaflığını qorumaq və nəzarəti gücləndirmək daha rahat olur. Vətəndaş istənilən vaxt bazadan arayışın sürətini ala bilər. Tibbi arayış nazirliyə göndərildikdən sonra onun doğruluğunu yoxlayıb təsdiq etmək rahat olacaq”.

 

C.Əsədzadə qeyd edib ki, artıq bir sıra arayışların elektron formada verilməsi tətbiq edilib. Onun sözlərinə görə, yanvarın 1-dən ölkədə sürücülük vəsiqəsinin alınması üçün tibbi arayışların verilməsi elektronlaşdırılıb: “Bundan əlavə, şəxsiyyət vəsiqələrinin verilməsi üçün tibbi arayışın verilməsi elektron formada tətbiq edilir. Artıq bunlar yeni formada və elektron şəkildə verilən arayışlardır”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 987
avatar

Oxşar yazılar