Əlillərə səyyar xidmət davam etdirilir
14 yanvar 2014 14:42 (UTC +04:00)

Əlillərə səyyar xidmət davam etdirilir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bakı Protez-Ortopedik Bərpa Mərkəzinin mütəxəssislərindən ibarət 2 səyyar tibbi-texniki briqada növbəti dəfə respublikamızın cənub bölgəsində yaşayan əlillərə protez-ortopedik xidmət göstərəcək. Lent.az-ın məlumatına görə, bu məqsədlə briqadalardan biri yanvarın 17-də nazirliyin Lənkəran rayonundakı Əlillərin Regional Bərpa Mərkəzində, digəri isə yanvarın 18-də Masallı rayon mərkəzi xəstəxanasında olacaq.

İki gün ərzində bölgədəki Lənkəran, Lerik, Yardımlı, Astara, Masallı və Cəlilabad rayonları üzrə dayaq-hərəkət sistemi pozulmuş və protez-ortopediya məmulatlarına ehtiyacı olan ümumilikdə 170 nəfərdən çox əlil şəxsə və sağlamlıq imkanları məhdud uşağa xidmət göstəriləcək.  

Ötən ay briqadalar tərəfindən Sabirabad, Saatlı, İmişli, Beyləqan və Füzuli rayonlarında yaşayan 100 nəfərdən çox əlil şəxsə xidmət göstərilib. Qeyd edək ki, ərzində səyyar protez-ortopediya xidməti ölkənin bütün bölgələrini əhatə edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 843
avatar

Oxşar yazılar