Elçin Əlibəyli klinika ilə razılığa gəldi
12 dekabr 2013 16:55 (UTC +04:00)

Elçin Əlibəyli klinika ilə razılığa gəldi

Tanınmış teleaparıcı Elçin Əlibəyli onu dələduzluqda ittiham edən “Elmed” klinikası ilə anlaşıb.

 

Lent.az-ın AzVision.az-a istinadən xəbərinə görə, bu barədə Elçin Əlibəyli özü məlumat verib. 

Onun sözlərinə görə, tərəflər arasındakı problem artıq öz həllini tapıb: 

“Bu məsələ həm mən tərəfdən, həm də onlar tərəfindən həll olunub. Məsələyə mənim heç bir aidiyyatım yoxdur, ümumiyyətlə aidiyyatım olmayıb. Burada bir anlaşılmamazlıq olub. O da aydınlaşdırılıb. İndi əlaqə saxlayıb, onlardan da soruşa bilərsiniz”. 
E. Əlibəyli dələduzluq faktı ilə bağlı heç bir polis idarəsinə çağrılmadığını da bildirib. 

Qeyd edək ki, teleaparıcı Elçin Əlibəyli dələduzluqda ittiham olunur. Məlumata görə, Bakıda fəaliyyət göstərən tibbi klinikalardan birinin rəhbəri polisə müraciət edərək, teleaparıcı Elçin Əlibəylinin klinikanı televiziyada reklam edəcəyi adı ilə ondan 34 min manat alıb, lakin vədinə əməl etməyib. Bundan sonra klinika rəhbəri pulu geri istəsə də, qaytarmayıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1708
avatar

Oxşar yazılar