Ekvivalent mallardan necə istifadə ediləcək? - QAYDA
20 sentyabr 2013 12:06 (UTC +04:00)

Ekvivalent mallardan necə istifadə ediləcək? - QAYDA

Nazirlər Kabineti “Xüsusi gömrük prosedurları daxilində ekvivalent mallardan istifadə Qaydaları”nı təsdiqləyib.

 

Lent.az-ın verdiyi məlumata görə, xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların əvəzinə saxlanca qoyulan, istifadə edilən və ya emal edilən daxili mallar ekvivalent mallar hesab olunur.

Ekvivalent mallar əvəz etdikləri mallarla eyni keyfiyyətə, eyni texniki göstəricilərə və xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (XİFMN) üzrə eyni rəqəmli koda malik olmalıdır. Gömrük orqanı xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların əvəzinə ekvivalent mallardan istifadəyə şəxsin müraciəti olduğu halda icazə verir. Gömrük orqanları gömrük prosedurunun gömrük nəzarəti baxımından qanunvericiliyin tələblərinə uyğun tətbiq olunmasının təmin edilməsi şərtilə tranzit, müvəqqəti idxal və ya müvəqqəti saxlanc xüsusi gömrük prosedurları istisna edilməklə, digər xüsusi gömrük prosedurları daxilində ekvivalent mallardan istifadəyə icazə verirlər.

Gömrük anbarlarında saxlanc, emal və ya sərbəst zona xüsusi gömrük prosedurları altında yerləşdirilmiş malların qorunması, xarici görünüşünün və keyfiyyətinin yaxşılaşdırılması, satış və daşınma üçün hazırlanması məqsədi ilə adi işləmə formalarına məruz qaldıqda, habelə xüsusi gömrük prosedurları daxilində ekvivalent mallardan istifadə idxal gömrük rüsum və vergilərində əsassız fayda əldə etməyə imkan yaratdıqda, onların əvəzinə ekvivalent mallardan istifadəyə icazə verilmir. Malların xüsusi gömrük proseduru altında yerləşdirilməsi zamanı şəxs ekvivalent mallardan istifadəyə icazə verilməsinə dair müraciət etməmişdirsə, ekvivalent mallardan istifadəyə dair icazə verilməsi barədə şəxsin yenidən müraciət hüququ məhdudlaşdırılmır.

 

Bu Qaydaların nəzərdə tutulmuş halda icazə alınması üçün şəxs tərəfindən gömrük orqanına ərizə ilə müraciət olunur və ərizədə “İnzibati icraat haqqında” qanunda göstərilən məlumatlarla yanaşı, aşağıdakılar da göstərilir:

- malların yerləşdirilmiş olduğu xüsusi gömrük prosedurunun adı;

- xüsusi gömrük proseduru altında yerləşdirilmiş əvəz edilən malın adı, XİFMN üzrə kodu, XİFMN-də göstərilən ölçü vahidində miqdarı və ABŞ dolları ilə gömrük dəyəri;

- xüsusi gömrük proseduru altında yerləşdirilmiş əvəz edilən malın keyfiyyəti və texniki göstəriciləri;

- mallar emal xüsusi gömrük proseduru altında yerləşdirildiyi halda emal əməliyyatlarının təsviri;

- ekvivalent malın adı, XİFMN üzrə kodu, XİFMN-də göstərilən ölçü vahidində miqdarı və ABŞ dolları ilə gömrük dəyəri;

- ekvivalent malın keyfiyyəti və texniki göstəriciləri;

- xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların ekvivalent mallarla əvəzlənməsinin səbəbləri.

- Ərizə ilə birlikdə aşağıda göstərilən sənədlər də təqdim edilməlidir:

- mallar emal xüsusi gömrük proseduru altında yerləşdirildiyi halda, malların emal edilməsinə dair bağlanılmış müqavilə;

- Gömrük Məcəlləsində göstərilən xüsusi gömrük prosedurlarına dair alınmış icazə.

Qaydalara əsasən, malların xüsusi gömrük proseduru altında yerləşdirilməsi zamanı ekvivalent mallardan istifadəyə icazə verilməsi məqsədi ilə ərizə və digər sənədlər qanunvericiliyin tələbləri nəzərə alınmaqla, elektron şəkildə də təqdim edilə bilər. Bu Qaydalardakı bəndlərinin tələblərinə riayət olunduqda, şəxs tərəfindən müraciət təqdim edildiyi tarixdən 3 (üç) iş günü müddətində gömrük orqanı ekvivalent mallardan istifadəyə dair kağız üzərində yazılı və ya elektron formada icazə verir və bu barədə ərizəçiyə  2 iş günü müddətində kağız üzərində yazılı və ya elektron formada məlumat göndərir. Qaydaların tələblərinə riayət olunmadıqda, ekvivalent mallardan istifadəyə dair icazə verilməsindən imtinaya dair gömrük orqanı tərəfindən əsaslandırılmış qərar qəbul edilir və bu barədə ərizəçiyə 2 (iki) iş günü müddətində kağız üzərində yazılı və ya elektron formada məlumat göndərilir.

# 1162
avatar

Oxşar yazılar

Sulu qar yağacaq, leysan olacaq - PROQNOZ

Sulu qar yağacaq, leysan olacaq - PROQNOZ

4 may 2024 , 12:46
Qar yağıb, şaxta olub - FAKTİKİ HAVA

Qar yağıb, şaxta olub - FAKTİKİ HAVA

4 may 2024 , 11:10
 Qar yağacaq   - XƏBƏRDARLIQ

Qar yağacaq - XƏBƏRDARLIQ

3 may 2024 , 16:48
Baş Prokurorluqda "Yaşıl Dünya naminə həmrəylik ili"nə həsr olunmuş tədbir keçirilib

Baş Prokurorluqda "Yaşıl Dünya naminə həmrəylik ili"nə həsr olunmuş tədbir keçirilib

3 may 2024 , 16:45
Baş prokuror Tərtər rayonunda vətəndaşları qəbul edib

Baş prokuror Tərtər rayonunda vətəndaşları qəbul edib

3 may 2024 , 15:59
Qış gözlənilmədən qayıtdı:  Güclü qar yağdı

Qış gözlənilmədən qayıtdı: Güclü qar yağdı

3 may 2024 , 14:57
COP29.az  vebsaytı istifadəyə verildi

COP29.az vebsaytı istifadəyə verildi

3 may 2024 , 14:22
Meteohəssas insanlar üçün  PROQNOZ

Meteohəssas insanlar üçün PROQNOZ

3 may 2024 , 14:02