Sevinc Babayevanın ölüm səbəbi məlum oldu - EKSPERTİZA
14 noyabr 2013 12:40 (UTC +04:00)

Sevinc Babayevanın ölüm səbəbi məlum oldu - EKSPERTİZA

Bakı Ağır Cinayətlərə dair Məhkəmədə Gülər Əhmədova barəsində başlanan cinayət işi davam etdirilib. Lent.az-ın məlumatına görə, hakim Əlisultan Osmanovun sədrliyi ilə keçirilən iclasda şahid ifadələri məhdudlaşdırılıb və sənədlərin tədqiqi mərhələsi başlanılıb.

 

Vəkil Əfsər Talıbovun xahişi ilə video və audioyazılarla bağlı ekspertiza araşdırmaları oxunub. Bu ilin 7 iyul tarixində yekunlaşdırılan ekspertizada Sevinc Babayevanın ölüm səbəbi açıqlanıb. Ekspertiza qarşısında 3 sual qoyulub: Ölümün səbəbi və vaxtı, meyitin üzərində xəsarət və zədənin olub-olmaması, Sevinc Babayevanın ölümündə zəhərlənmə amilinin olub-olmaması. Ekspertiza rəyində göstərilib ki, Babayeva Bakıda və İstanbuldakı xəstəxanalarda əsas şikayəti ürək və ağciyərlərindən olub. Ölümünə isə ürəyində yaranmış tromb və ağciyərindəki kəskin dəyişikliklər (ağciyərinə su yığılması və şişməsi) səbəb olub.

 

Ekspertiza rəyində qeydiyyat aparılmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3864
avatar

Nizam Rza

Oxşar yazılar