Prezident yanında Elmin İnkişafı Fondu 2014-cü il üçün 4-cü "Mobillik qrantı" müsabiqəsini elan edib. Bu barədə Lent.az-a Fonddan məlumat verilib.
Fonddan verilən məlumatda qeyd olunur ki, müsabiqə xaricdə elmi tədbirlərdə və qısamüddətli təcrübəkeçmədə iştirakı əhatə edən xüsusi layihələrin maliyyələşdirilməsi məqsədi ilə qrantların verilməsi üzrə keçirilir. Cari müsabiqəyə yalnız 2014-cü il 01 may– 30 avqust tarixləri arasında xaricdə keçiriləcək beynəlxalq elmi tədbirlərdə və qısamüddətli elmi təcrübəkeçmə proqramlarında iştirak etmək istəyən şəxslər ərizələrini təqdim edə bilərlər.
“Mobillik qrantı” müsabiqəsində iştirak etmək istəyən iddiaçılar üçün elmi dərəcə və elmi ad, yaş və s. kimi məhdudiyyətlər qoyulmur.
Qeyd edək ki, müsabiqə adlı daha ətraflı məlumat Fondun rəsmi saytında yerləşdirilib.