Əhalinin tibbi müayinə tədbirləri keçirilir
14 mart 2014 16:32 (UTC +04:00)

Əhalinin tibbi müayinə tədbirləri keçirilir

Ölkə başçısının tapşırığına uyğun olaraq 2014-cü il fevral ayının 17-dən respublikamızın bütün bölgələrində olduğu kimi Səbail rayonunda da əhalinin tibbi müayinədən keçirilməsi tədbirlərinin həyata keçirilməsinə başlanıb. Lent.az-ın məlumatına görə, bununla əlaqədar Səbail rayon icra hakimiyyəti tərəfindən aidiyyatı qurumların nümayəndələrindən ibarət müvafiq komissiya yaradılıb, həyata keçiriləcək tədbirlərin kollektivlər və ərazilər nəzərə alınmaqla xüsusi qrafiklər tərtib olunub. Müvafiq qurumların da cəlb olunması ilə rayonda, onun qəsəbə və yaşayış sahələrində tədbirlə bağlı əhali arasında təşkilati-izahat işləri davam etdirilir. Səbail rayon İcra Hakimiyyəti Başçısının müavini Eldar Ağayev bildirib ki, rayonda kedən işlər İcra Hakimiyyəti tərəfindən gündəlik nəzarətdə saxlanılır. Tibbi müayinənin keyfiyyətlə həyata keçirilməsi məqsədi ilə rayondakı tibb müəssisələrinin hazırlıq vəziyyətinə götürülməsi istiqamətində şəhərin mərkəzindəki  1 və  2, Bayıl yaşayış sahəsindəki 33 və Badamdar qəsəbəsindəki 34 saylı şəhər poliklinikalarında tədbirin keçirilməsi üçün müvafiq şəraitlər yaradılıb. Həmçinin yaşayış sahələrində, idarə və təşkilatlarda müayinələrin keçirilməsi üçün, evdə olan yataq xəstələrində müayinəsi məqsədi ilə  səyyar həkim briqadalarının da təşkil olunub. Fevralın 17-dən etibarən artıq rayon üzrə 28000 nəfərin müayinələrdən keçməsi təmin olunub. Poliklinikaların həkimləri rayon sakinləri ilə yanaşı ərazidə məskunlaşmış məcburi köçkünlərin də tibbi müayinələrdən keçməsini həyata keçirirlər.

 

33 saylı şəhər poliklinikasının şöbə müdiri Afət Qədirova çalışdığı tibb müəssisəsinin əsas binası və poliklinikanın 20-ci sahədəki 1 saylı şöbəsinin keçən il Dövlət Proqramına uyğun olaraq əsaslı təmir olunduğu, ən müasir tibbi avadanlıqlarla təchiz olunduğunu deyib. Bildirilib ki, poliklinikada həkimlərdən ibarət səyyar briqadalar yaradılıb. Bu briqadalar qrafik əsasında idarə və təşkilatlarda, məktəblərdə müayinələr aparır, həmçinin yaşlı və xəstə insanlara evlərində xidmət göstərirlər. Aşkara çıxarılan xəstəliklər üzrə müalicə kursları təşkil edilir

 

Rayonda əhalinin tibbi müayinə tədbirləri davam edir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 654

Oxşar yazılar