Bakıda zibil qutusu ilə bağlı problem HƏLL OLUNDU
Dünən Bakı şəhəri Xətai rayonu, Araz Novruzov küçəsi 8/2 ünvanının sakinləri ərazilərində qoyulan zibil qutularından şikayətçi olduqları ilə bağlı məlumat vermişdik. Sakinlərdən biri Cavid Qədirov bildirirdi ki, zibil qutularının yararsız olması, antisanitar vəziyyətə səbəb olub və bununla bağlı həm özü və ailəsi, həm də yerli sakinlər tərəfindən Bakı şəhər İcra Hakimiyyətinə rəsmi müraciət ediblər.
Sonradan Lent.az-a açıqlama verən Bakı şəhər İcra Hakimiyyətinin mətbuat katibi İsrafil Kərimov isə qeyd edirdi ki, artıq Xətai rayon İcra Hakimiyyətinə məlumat göndərilib.
Xətai rayon İcra Hakimiyyətindən Lent.az-a verilən məlumata görə, sözügedən ərazidəki zibil qutuları artıq dəyişdirilib. Ancaq qeyd edilib ki, zibil qutularının yeri dəyişdirilməyəcək.
678