ƏƏSMN 1400-dən çox vətəndaşı peşə hazırlığına cəlb edib
11 iyun 2014 13:03 (UTC +04:00)

ƏƏSMN 1400-dən çox vətəndaşı peşə hazırlığına cəlb edib

0

İşsiz və işaxtaran vətəndaşların əmək bazarına çıxışının asanlaşdırılması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Xidməti (DMX) tərəfindən həyata keçirilən aktiv məşğulluq tədbirlərindən biri də mövcud əmək bazarının tələblərinə uyğun peşə hazırlığı kurslarının təşkilidir. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, cari ilin yanvar-may aylarında DMX orqanları tərəfindən Bakıda, eləcə də respublikanın rayon və şəhərlərində bərbər, qaynaqçı, tikişçi, dərzi, kompüter istifadəçisi, kompüterçi-dizayner, qənnadçı və s. peşələr üzrə 77 peşə hazırlığı kursu təşkil edilib.

 

Kurslardan 72-si ənənəvi, 5-i modul təlim proqramları əsasında və təcrübəli peşə təlimi mütəxəssisləri tərəfindən aparılıb. Kurslara ümumilikdə 1409 nəfər işsiz və işaxtaran vətəndaş cəlb olunub. Onlardan 608 nəfəri DMX-nin tabeliyində olan və peşə təlimi üçün müvafiq maddi-texniki bazaya malik Bakı Regional Peşə Tədris Mərkəzində və Göyçay Peşə Tədrisi Mərkəzində peşə təlimi keçib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 613

Oxşar yazılar