ƏƏSMN 11 min işsizi işlə təmin edib
10 iyun 2014 15:02 (UTC +04:00)

ƏƏSMN 11 min işsizi işlə təmin edib

0

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Xidməti (DMX) orqanları tərəfindən cari ilin yanvar-may ayları ərzində 11 010 nəfər işsiz və işaxtaran vətəndaş işlə təmin edilib. ƏƏSMN-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, bu dövrdə haqqı ödənilən ictimai işlərə cəlb olunanların sayı 493 nəfər təşkil edib.

Eyni zamanda, DMX-nin  Bakı, Sumqayıt,  Gəncə və Mingəçevir şəhərlərindəki Əmək birjaları tərəfindən cari ilin yanvar-may aylarında 1298 nəfərə müvəqqəti xarakterli iş yerlərinə göndəriş verilib. Əmək birjaları natamam iş günü və natamam iş həftəsi üzrə işləyənlərin boş vaxtları ərzində əlavə qazanc əldə etmələri üçün onların qısa müddətli işlərlə təmin olunmasına köməklik göstərir. Bu məqsədlə əhalidən və ayrı-ayrı iş adamlarından müxtəlif növ işlərin görülməsinə dair sifarişlər qəbul edilərək müvəqqəti xarakterli işlər üçün müraciət edən vətəndaşlara təklif olunur.   

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 750

Oxşar yazılar