Mədəniyyət və Turizm Nazirliyi Xarici İşlər Nazirliyi ilə birgə Azərbaycanda fəaliyyət göstərən 30 ölkənin diplomatik nümayəndəlikləri üçün Quba və Qusar rayonlarında cari ilin 20-21 may tarixlərində infotur keçirəcək. Nazirlikdən Lent.az-a verilən məlumata görə, iki gün davam edəcək infoturda Səfirliklərin nümayəndələri Azərbaycanın, xüsusilə də Quba-Qusar bölgəsinin zəngin turizm potensialı, tarix-memarlıq abidləri, milli mətbəxi və adət-ənənələri ilə tanış olacaqlar.
Qeyd edək ki, ölkəmizin turizm potensialı ilə tanışlıq və təbliğat məqsədilə bu cür turların mütəmadi olaraq keçirilməsi nəzərdə tutulur.