Dünən Bakıda anomal isti olub
17 may 2014 12:53 (UTC +04:00)

Dünən Bakıda anomal isti olub

0

Son günlər ölkə ərazisində müşahidə olunan havanın temperaturu iqlim normasından yüksəkdir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya açıqlamasında deyib ki, dünən Bakıda və Abşeron yarımadasında iqlim normasından yüksək temperatur qeydə alınıb. Belə ki, mayın 16-da paytaxtda havanın temperaturu iqlim normasından 3-4 dərəcə yüksək olub.

 

A.Verdiyev qeyd edib ki, bu gün də Bakıda və Abşeron yarımadasında havanın temperaturu iqlim normasından bir qədər yuxarıdır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1393

Oxşar yazılar