Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev Qubada beş rayonun sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçıları üçün qəbul keçirəcək. Bu barədə Lent.az-a Fonddan məlumat verilib.
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri yanvarın 22-də Quba rayon şöbəsinin inzibati binasında vətəndaşların müraciətini dinləyəcək.
Qəbulda Quba, Qusar, Şabran, Siyəzən, Xaçmaz rayonlarının sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçıları iştirak edə bilərlər. Vətəndaşlar qəbula yazılmaq və əlavə məlumat almaq üçün [email protected] elektron poçt ünvanı ilə əlaqə saxlaya bilərlər. Qəbulda iştirak edəcək vətəndaşların Fondun həmin şəhər və rayon şöbələrinin inzibati binalarının qarşısından xüsusi ayrılmış nəqliyyatla DSMF Quba rayon şöbəsinə aparılıb gətirilmələri təmin ediləcək.