Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev iyunun 18-də saat 11:00-da Fondun Mingəçevir şəhər şöbəsinin inzibati binasında Mingəçevir şəhərinin və Şəki, Qax, Zaqatala, Balakən, Oğuz, Qəbələ rayonlarının sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirəcək. Fondun İctimaiyyətlə əlaqələr sektorundan Lent.az-a verilən məlumata görə, qəbula yazılmaq və əlavə məlumat almaq istəyən vətəndaşlar DSMF-nın [email protected] elektron poçt ünvanı, həmçinin aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərlər: Fondun Aparatında (012) 434-12-34; Mingəçevir şəhər şöbəsində (02427) 5-34-36, Şəki rayon şöbəsində (02424) 4-89-14, Qax rayon şöbəsində (02425) 5-44-33, Zaqatala rayon şöbəsində (02422) 5-54-07, Balakən rayon şöbəsində (02429) 5-18-46, Oğuz rayon şöbəsində (02421) 5-25-40, Qəbələ rayon şöbəsində (02420) 5-06-98.
Qəbulda iştirak edəcək vətəndaşların iyunun 18-də DSMF-nın müvafiq rayon şöbələrinin inzibati binalarının qarşısından xüsusi ayrılmış nəqliyyatla Mingəçevir şəhər şöbəsinə aparılıb-gətirilmələri təmin olunacaq.