Dövlət Komitəsi bağçalarda yenə nöqsanlar aşkar etdi
23 dekabr 2013 15:28 (UTC +04:00)

Dövlət Komitəsi bağçalarda yenə nöqsanlar aşkar etdi

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Gəncə Ərazi İdarəsi tərəfindən Qazax şəhəri, Bakı küçəsində yerləşən 1 saylı uşaq bağçası-körpələr evində qidalanmanın dövlət standartına uyğunluğu araşdırılıb. Bu barədə Lent.az-a Komitədən məlumat verilib.

Araşdırmalar zamanı müəyyən olunub ki, bağçada hazırlanan yeməklər müvafiq qaydada təsdiq olunmuş texniki təlimat və reseptura olmadan hazırlanır, anbarda mal qonşuluğuna və saxlanma şəraitinə riayət olunmur, standartın tələblərinə uyğun olaraq bağçada 10 günlük və ya 2 həftəlik menyu tərtib olunmalı olduğu halda gündəlik menyu tərtib olunur.

Bundan başqa tibb işçisi verilməsi nəzərdə tutulan yeməklərdən nümunə götürmür, yeməklərin kalorilik, zülal , yağ və karbohidrat miqdarını hesablamır. Yoxlama zamanı bağçanın yataq və mətbəx otaqlarının gigiyenik tələblərə cavab vermədiyi aşkar edilib.

Bu və digər nöqsanların aradan qaldırılması üçün bağça rəhbərinə vaxt verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 922

Oxşar yazılar