Daxili İşlər Nazirliyinin təşəbbüsü ilə “Tolerantlıq Azərbaycan cəmiyyətinin yaşam normasıdır” mövzusunda növbəti konfrans martın 19-da Lənkəran şəhərində keçirilib. Bu barədə Lent.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Tədbiri giriş sözü ilə açan Lənkəran ŞRPŞ-nin rəisi, polis polkovniki Möhübbət Hüseynov şəhərdə radikalizmi, fanatizmi, dözümsüzlüyü və bölücülüyü təbliğ edən zərərli meyllərin qarşısının alınması istiqamətində görülən işlər barədə iştirakçılara məlumat verib.
Tədbirdə mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb. Müzakirələrdə Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin şöbə rəisi Rafiq Qaçayev, İcra Hakimiyyətinin ərazi idarəetmə və yerli idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Əlimərdan Əliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin cənub bölgəsi üzrə şöbə müdiri Qağayı Məmmədov, Qafqaz Müsəlmanları İdarəsinin bölgə üzrə dini icmasının sədri Qəni Axundzadə, Təhsil Şöbəsinin müdiri Şəhanə Əhmədova, Şəhər Ağsaqqallar Şurasının sədri Kamal Kələntərli çıxış edərək dini, mənəvi-əxlaqi dəyərlərin qorunması istiqamətində görülən işlərdən danışıblar.

DİN Lənkəranda tolerantlıqla bağlı konfrans keçirib
Oxşar yazılar

Xankəndidə Zəfər tağı olacaq
6 iyul 2025 , 15:22
II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib-YENİLƏNİB
6 iyul 2025 , 13:33
5 BÜRC bu gün diqqətli olmalıdır: Kimləri təhlükə və münaqişələr gözləyir
6 iyul 2025 , 10:01
Hamı evlən dedi, o isə illərdir gözləyirdi – Şəhid Mehmanın nişanlısı ilə müsahibə - YENİLƏNİB
5 iyul 2025 , 22:29
Vanqadan 2025-ci il üçün ən dəhşətli PROQNOZ: söhbət nədən gedir?
5 iyul 2025 , 20:15
Dioqo və Rute 13 il birlikdə idilər: Jotanın sevgi hekayəsi
5 iyul 2025 , 18:59
İyulda cekpot bu BÜRCLƏRİN olacaq
5 iyul 2025 , 18:40