DİM-dən yeni xidmət
0
0
1 aprel 2018-ci il tarixində ali təhsil müəssisələrinin I-IV ixtisas qrupları üzrə keçirilən sınaq imtahanlarında istifadə olunmuş test tapşırıqlarının izahının elektron versiyasını (pdf formatında) DİM-in internet saytının "Elektron xidmətlər" bölməsində >"DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı "> “Test tapşırıqlarının izahı” xidməti vasitəsilə ödəniş etməklə əldə etmək olar. (Xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal/).
DİM-in mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, imtahanda iştirak edənlər, həmçinin digər abituriyentlər, valideynlər, müəllimlər, ekspertlər test tapşırıqları və onların izahı ilə tanış ola bilərlər.
Qeyd edək ki, ixtisas qrupları üzrə test tapşırıqlarının izahı materialında, imtahan fənni, test tapşırıqlarının A və B variantları üzrə sual kitabçasındakı sıra nömrəsi, tapşırıq, onun mövzusu, neçənci sinfə aid olması, izahı və doğru cavabı verilib.
0
0