Diktorluq sənətinə verilən qiymət - Ofeliya Sabirqızı, Nəsimi Nəbizadə
10 noyabr 2016 19:52 (UTC +04:00)

Diktorluq sənətinə verilən qiymət - Ofeliya Sabirqızı, Nəsimi Nəbizadə

Bügünkü “Manşet”də APA.TV-nin əməkdaşı, aparıcı, əməkdar jurnalist Nəsimi Nəbizadə və Azərbaycan radiosunun baş diktoru, əməkdar artist Ofelya Sabirqızı aparıcı İlham Tumasın suallarını cavablandırıblar.
 
Ofelya Sabirqızı:
 
- Radio diktoru olmaq çətin peşədir. Çünki sənin üzünü görmürlər, səsini eşidirlər. Bilirsiniz, bizim nə qədər dinləyicilərimiz var? Düz 30 ildir radioda çalışram.
 
- Təsəvvür edin ki,  bəzən əhvalsız səhər efirinə çıxırsan, efirə çoxsaylı zənglər olur, dinləyicilər o qədər xoş sözlər deyir ki, istər-istəməz əhvalın yaxşılaşır. Bizi saxlayan dinləyicilərimizin bizə olan sevgisidir.
 
- Ən böyük mükafatımız efirdir, eyni zamanda əməyimizə verilən qiymətdir. Azərbaycan dövləti tərəfindən də həmişə dəyərləndirilmişik.
 
- Elə diktorlar olub ki, eqoistlik edib cavanlara bu peşənin sirlərini öyrətməyiblər. Buna görə də tələbələri olmayıb. Ancaq tələbəsi olmaq böyük xoşbəxtlikdir.
 
***
 
Nəsimi Nəbizadə:
 
- Təltif olunduğumu eşidəndə, haradasa bir dəqiqə qəribə hisslər keçirdim. Maraqlıdı ki, düz 20 il bundan qabaq - noyabrın 7-də efirə çıxmışam. Noyabrın 7-də də rəhmətlik atamın doğum günüdür. İndi də yenə noyabrın 7-si ad alıdm.
 
- Hansısa ad seçimdi, insanlara verilən dəyərdi. Sovetdən qalma yaxşı ənənələrimizdən biri də, məncə, bu adlardır.
 
- Düşünürəm, qadın televiziya aparıcı şarmlı olmalıdır. Kişi aparıcılar isə mütləq ciddi olmalıdırlar. Dünya təcrübəsində də çox cavan aparıcılar xəbər aparıcılığına gətirilmir.
 
- Televiziya aparıcısının ensiklopedik səviyyədə biliyi olmalıdır. Çünki hər sahədən qonağı ola bilər. Hər qonağa verilən suallar aparıcınn bilik səviyyəsini ortaya qoyur.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 306
avatar

APA TV

Oxşar yazılar