Dərslik müəllifləri dərslik portalındakı sorğulara cavab verəcəklər
16 dekabr 2013 12:12 (UTC +04:00)

Dərslik müəllifləri dərslik portalındakı sorğulara cavab verəcəklər

Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası və Təhsil Nazirliyinin birgə layihəsi olan “Dərslik portalı”nın təqdimatı keçirilib. Lent.az-ın məlumatına görə, təqdimatda dərslik müəllifləri, müstəqil ekspertlər, dərsliklərin nəşr edildiyi nəşriyyat evlərinin rəhbərləri, AMEA-nın mütəxəssisləri, dövlət qurumlarının əməkdaşları və mətbuat nümayəndələri iştirak edib. Tədbirdə TQDK-nın sədri Məleykə Abbaszadə və təhsil naziri Mikayıl Cabbarov iştirak edib.

Dərslik portalında TQDK tərəfindən təhsil müəssislərində istifadə edilən dərsliklərin, dərs vəsaitlərinin elmi metodiki monitorinqi nəticəsində hazırlanmış yekun rəylər, müəllimlərə dərsliklərlə işləməkdə metodiki köməklik göstərmək üçün nəzərdə tutulmuş materiallar və yeni tədris proqramları əsasında hazırlanmış və dərslik və dərs vəsaitlərinin bölmələri, fəsilləri üzrə materiallara dair qeyd və təkliflər yerləşdiriləcək.

Portalda yerləşdirilmiş rəylərlə bağlı sorğulara Təhsil Nazirliyi tərəfindən dərslik müəllifləri, TQDK tərəfindən isə dərsliklərin monitorinqində iştirak etmiş ekspertlər mütəmadi aydınlıq gətirəcəklər. Yeni nəşr ediləcək dərsliklərlə bağlı portala daxil olacaq qeydlər və təkliflər mütəmadi olaraq müzakirələrə çıxarılacaq və bu barədə portalda məlumat veriləcək.


“Dərslik portalı” monitorinq, xəbərlər və müzakirə bölmələrindən ibarətdir.
Monitorinq bölməsində yeni təhsil proqramları əsasında hazırlanmış I-VI və qüvvədə olan tədris proqramları əsasında hazırlanmış VII-XI sinif dərsliklərinin elmi-metodiki monitorinqinin yekun rəyləri, həmçinin monitorinq aparılmış seminar-iclaslarının protokollarından çıxarışlar, iclasların keçirilməsi haqqında məlumatlar və seminar iclasların internetlə yayılmış video çəkilişləri yerləşdiriləcək.

Xəbərlər bölməsində dərslikləri və dərs vəsaitlərinin elmi-metodiki monitorinqi ilə bağlı məlumatlar yerləşdiriləcək.

Müzakirə bölməsində ümumtəhsil fənləri üzrə istifadə edilən dərslik və dərs vəsaitləri haqqında fikirlərin açıq müzakirəsi aparılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 977

Oxşar yazılar