Dəmir yolu nəqliyyatı bir həftə gücləndirilmiş rejimdə işləyəcək
17 mart 2014 09:39 (UTC +04:00)

Dəmir yolu nəqliyyatı bir həftə gücləndirilmiş rejimdə işləyəcək

Beynəlxalq Novruz Bayramı günlərində – 20-27 mart  2014-cü il tarixlərində «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin müəssisə və stansiyalarında  fasiləsiz iş rejimi təşkil ediləcək. Lent.az-ın məlumatına görə, Sərnişin daşımaları Departamentinin kollektivi Novruz bayramı günlərində gücləndirilmiş iş rejimində işləyəcək.

 

Bayram günlərində sərnişin sıxlığının artması ilə əlaqədar ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün 10-15, bəzən də 20 ədəd əlavə vaqonun qoşulması təmin ediləcək. Sərnişin qatarlarına bilet satışı 10 gün qabaqcadan, əlavə vaqonlara isə bilet satışı həmin vaqon qatara qoşulan gün həyata keçirilir. 

 

İş adamlarının nəzərinə çatdırırıq ki, vaqonların yüklənməsi və boşaldılması prosesində fasilələr olmayacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 494

Oxşar yazılar