Dəm qazından zəhərlənənlərin sayı artıb
13 dekabr 2013 11:17 (UTC +04:00)

Dəm qazından zəhərlənənlərin sayı artıb

Son günlər paytaxtda dəm qazından zəhərlənmələrlə ilə bağlı Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına (BŞTTTYS) daxil olan müraciətlərin sayı artıb.


 

BŞTTTYS-ın Operativ işlər üzrə şöbəsinin baş həkimi Zemfira Vahidova APA-ya açıqlamasında bildirib ki, gün ərzində stansiyaya dəm qazından zəhərlənmə ilə bağlı 10-15 müraciət daxil olur. Ötən gün də bir sutka ərzində stansiyaya dəm qazından zəhərlənmə ilə bağlı 15 müraciət edilib. Onlardan 14 nəfər xəstəxanaya çatdırılıb, 1 nəfərə isə yerində ilkin tibbi yardım göstərilib. Müraciətlər əsasən Qaradağ, Nizami, Suraxanı, Binəqədi və Nərimanov rayonlarından daxil olub.

 

Z.Vahidova qeyd edib ki, ötən sutka ərzində paytaxtda 3 yol-nəqliyyat hadisə baş verib. Hadisə nəticəsində 2 nəfər xəstəxanaya çatdırılıb, 1 nəfər - 25 yaşlı gənc isə təcili yardım gələnə kimi dünyasını dəyişib. Ölüm faktı Hövsan ərazisində qeydə alınıb.

 

# 440
avatar

Oxşar yazılar