Daha 5 rayonda əmək yarmarkaları keçiriləcək
02 iyun 2014 14:54 (UTC +04:00)

Daha 5 rayonda əmək yarmarkaları keçiriləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) bu ay respublikanın daha 5 rayonunda əmək yarmarkaları keçirəcək. Nazirlikdən Lent.az-a verilən xəbərə görə, ƏƏSMN yanında Dövlət Məşğulluq Xidməti 2014-cü ilin iyun ayında Qax, Daşkəsən, Ağstafa, Qazax və Tovuz rayonlarında əmək yarmarkaları keçirməyi planlaşdırır. Yarmarkalarda həmin rayonların məşğulluq mərkəzləri tərəfindən toplanmış vakant iş yerləri işsiz və işaxtaran vətəndaşlara təklif ediləcək.


Tədbirlərdə vakant iş yerləri təqdim edən müəssisələrin nümayəndələrinin iştirakı da təmin olunacaq.

Cari ilin yanvar-may aylarında Bakı şəhərində və respublikanın 6 rayon və şəhərində (Şəmkir, İsmayıllı, Yardımlı, Naftalan, Qobustan, Şəki) keçirilən əmək yarmarkalarında ümumilikdə 919 nəfər işaxtaran və işsiz vətəndaşa münasib iş yerlərinə göndəriş verilib.

 

Yarmarkalar zamanı 117 nəfər peşə hazırlığı kurslarına, 14 nəfər isə haqqı ödənilən ictimai işlərə cəlb olunmaları üçün qeydiyyata alınıb.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 462

Oxşar yazılar