Parlaq gələcək üçün
03 oktyabr 2013 17:34 (UTC +04:00)

Parlaq gələcək üçün

Heydər Əliyev dövlət idarəçiliyi məktəbinin ən görkəmli nümayəndəsi  beynəlxalq aləmdə nüfuzlu siyasətçi kimi qəbul olunmuş, müasir təfəkkürlü, səriştəli və cəsarətli Respublika Prezidenti İlham Əliyev atdığı addımlarda Heydər Əliyev siyasi kursunun, Ulu öndərin zəngin dövlətçilik məktəbinin layiqli davamçısı olduğunu təsdiqləmişdir.

Ulu öndər Heydər Əliyevin irsinə sadiq qalan və ümummilli liderin yolunu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dinamik inkişaf edən, öz ehtiyaclarını müstəqil şəkildə ödəmək qabiliyyətinə malik güclü bir dövlətə çevrilmişdir. Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi, iqtisadi islahatlar fəal və şəffaf xarici siyasətin nəticəsi olaraq Azərbaycanın regional lider kimi qəbul olunmasına gətirib çıxarmışdır.  Neft və qaz ixrac kəmərləri şəbəkəsi vasitəsilə Azərbaycan Şərq-Qərb enerji dəhlizində və Avropanın enerji təhlükəsizliyində aparıcı rol oynayır. Bu uğurun əsasında dayanan amil isə neft potensialından rasional və praqmatik şəkildə istifadə bacarığına malik siyasətdədir.  Azərbaycanın 1994-cü ildən etibarən məqsədyönlü şəkildə reallaşan enerji siyasəti olmasaydı bu gün Nabukko layihəsi ətrafında ciddi müzakirələr aparıla bilməzdi.

Lakin daim dövlət başçısının da vurğuladığı kimi neft və qaz sektorunun inkişafı bizim üçün bir məqsəd deyildir. Bu sadəcə olaraq qeyri-neft sektorunun təkamülündə, insan kapitalının inkişafına istiqamətlənmiş siyasətdə bir vasitədir. Necə ki, bu gün biz bu siyasətin uğurlu göstəricilərinin şahidiyik. Artıq Azərbaycan dünyada yalnız neft ölkəsi kimi deyil, həmçinin sağlam biznes mühitinin, qeyri-neft sektorunun dinamik inkişafının hakim olduğu, texnoloji tərəqqinin yaşandığı bir ölkə kimi tanınır.  Müstəqilliyin ilk illərində xarici donor və humanitar yardımların alıcısı olan Azərbaycan bu gün beynəlxalq humanitar və sülhməramlı əməliyyatlara töhfə verən dövlətdir.

Bütün məqamlarda insan amilinə diqqəti önə çəkən Prezident İlham Əliyevin islahatçı lider kimi tanınması, müstəsna təşkilatçılığı sayəsində son illərdə qazanılmış nailiyyətlər birmənalı şəkildə onun alternativsizliyini doğrultmuşdur. 2003-2013 Azərbaycan reallığı bu imici formalaşdırmışdır. Millət daim ölkədaxili sabitliyin, dövlətin yüksəlişinin, sosial rifahın təminatının  tərəfdarıdır. İlham Əliyev şəxsiyyətinə inam və etimadı doğuran amil də budur. Mübaliğəsiz şəkildə qeyd edə bilərik ki, bu gün Azərbaycan dünyanın ən təhlükəsiz, ən tolerant, mühitin hakim olduğu dövlətdir. Bu sabitliyin arxasında dayanan güc müstəqil və çevik siyasət, xalqa etibarlı xidmətdir.  

 

 

Nailə Məmmədova

ərqi Avropada Təhsil alan Azərbaycanlı Tələbələr və Məzunlar" İctimai Birliyinin fəalı

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1300
avatar

Oxşar yazılar