Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Zaqatalada çörək, Balakəndə isə şirniyyat sexində yoxlamalar aparıb.
Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi texniki tənzimləmə və standartlaşdırma üzrə dövlət nəzarəti xidmətinin Şəki ərazi idarəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, Şəki ərazi idarənin əməkdaşları dövlət nəzarət planına uyğun olaraq Zaqatala rayonunda fiziki şəxs Xədicə Balayevaya məxsus çörək sexində, Balakən rayonunda isə fiziki şəxs Tamara Muqumayevaya məxsus şirniyyat sexində yoxlamalar aparıb.
Aparılan yoxlamalar zamanı hər iki sexdə gigiyenik və uyğunluq sertifikatlarının olmamaması ilə yanaşı fəaliyyət göstərən sexlərdə eyni zamanda istehsal olunan məhsulların dövri sınaqlar üçün təqdim olunmaması, ölçü vasitələri müqayisəli yoxlamadan keçirilmədən istifadə olunması məhsul üçün texnoloji təlimat və resepturanın, o cümlədən hazır məhsulun saxlanması üçün ayrıca bölmələrin olmaması, markalanma, saxlanma və daşınma qaydalarının pozulması halları qeydə alınıb. Aşkarlanmış pozuntularla bağlı sex sahiblərinə nöqsanların aradan qaldırılması barədə şifahi xəbərdarlıq olunub, nöqsanların aradan qaldırılması üçün vaxt verilib.