Standartlaşdırma Meteorologiya və Patent üzrə Dövlət Komitəsinin Xaçmaz ərazi idarəsinin əməkdaşları çörəkbişirmə sexində reyd keçirib. APA TV-nin xəbərinə görə, rayonun Bakı prospektində yerləşən və sahibkar Sərdar Bayramova məxsus müəssisədə aparılan yoxlamalar zamanı bir sıra nöqsanlar aşkarlanıb.
Reyd zamanı sexdə strateji məhsul sayılan çörəyin xəmirinin yoğurulması, bişirilməsinə, eləcə də saxlanılması prosesinin antisanitar şəraitdə aparıldığı məlum olub. Həmçinin uyğunluq və gigiyenik sertifikatlarının, ölçmə vasitəsinin müqayisəli dövlət yoxlanışından keçmədən istifadə olunduğu aşkarlanıb.
Müəssisədə su filtrizasiyadan keçirilmədən birbaşa istehsalatda istifadə olunur. Bişirilən çörəyin saxlanılmasında və satış üçün daşınmasında normativ tələblər qorunmur. Aşkar edilən nöqsanların aradan qaldırılması üçün sahibkarlıq subyektinə xəbərdarlıq edilib.
Reydlər bundan sonra da davam etdiriləcək.