Ceyhun Osmanlı vəsiyyət yazıb, orqanlarını bağışladı
11 aprel 2014 17:44 (UTC +04:00)

Ceyhun Osmanlı vəsiyyət yazıb, orqanlarını bağışladı

Azərbaycanda daha bir deputat ölümündən sonra daxili orqanlarını bağışlamaq haqqında vəsiyyət edib. Bu, son günlər adı medianın gündəmindən düşməyən və nurçuluq təriqətinə qoşulduğu iddia olunan Ceyhun Osmanlıdır.

 

Məlumatı Modern.az saytına müsahibəsində Mərkəzi Neftçilər Xəstəxanasının cərrahiyyə və orqan transplantasiyası şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazımi bildirib.

 

Mircəlal Kazıminin sözlərinə görə,ilk olaraq  ötən ilin əvvəlində millət vəkili Qənirə Paşayeva özünün daxili orqanlarının bağışlanmasına razılıq verib. Xanım deputat hətta bu barədə vəsiyyatnamə də yazıb və mediada nümayiş etdirib.

 

Daha sonra bir neçə ayrı-ayrı vətəndaş da oxşar addım atıb. Və orqanlarını bağışlayanlardan birinin də Milli Məclisin üzvü Ceyhun Osmanlı olduğu müəyyənləşib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1969
avatar

Oxşar yazılar