Çernobıl əlilləri unudulmadı
25 aprel 2014 15:29 (UTC +04:00)

Çernobıl əlilləri unudulmadı

Çernobıl qəzasının ildönümü ilə əlaqədar Səbail rayon İcra Hakimiyyəti Başçısının Çernobıl əlilləri ilə ənənəvi görüşü keçirilib. Lent.az-ın məlumatına görə, mərasimdə çıxış edən Səbail rayon İcra Hakimiyyətinin başçı Asif Əsgərov bildirib ki, bu dəhşətli qəza bütün dünyada əks-səda doğurub: “Səbail rayonunda Çernobıl qəzasının aradan qaldırılmasına iştirak etmiş 96 nəfərin 46-ı müxtəlif dərəcəli əlildir və onlar dövlət tərəfindən müəyyən edilmiş təqaüd, müavinətlər və müraciət etdikləri zaman sanator müalicəsi ilə təmin olunurlar. Son 2 il ərzində rayonda 3 nəfər Çernobıl əlili mənzillə, 1 nəfər minik avtomobili ilə təmin olunmuş, 40 nəfər sanatoriyaya göndərilmiş, bu il daha 20 nəfərin istirahətə göndərilməsi planlaşdırılmışdır. Respublikamızda radiasiya şüalanmasından əziyyət çəkən  vətəndaşlar üçün Mingəçevir şəhərində xüsusiləşdirilmiş müalicə mərkəzinin yaradılması və Bakı şəhərində Çernobılçular üçün yaşayış binasının tikintisinə qərar verilməsi Çernobıl əlilləri tərəfindən müsbət qarşılanıb”.

 

Tədbirin sonunda Çernobıl əlillərinə maddi yardım və ərzaq bağlamaları təqdim olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 588
avatar

Oxşar yazılar